Menu

“Ümid edirik ki, diplomatiya sülhə aparacaq”- Zelenksi Trampa müraciət etdi

27.11.2025, 17:22
“Ümid edirik ki, diplomatiya sülhə aparacaq”- Zelenksi Trampa müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı, birinci ledi Melaniya Trampı və bütün Amerika xalqını Şükran Günü münasibətilə təbrik edib. 

Bu barədə dövlət başçısı "X" hesabından paylaşım edib.

Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi dəstəyə görə səmimi təşəkkürünü bildirib və qeyd edib ki, bu yardım minlərlə ukraynalının həyatını xilas edib.

Prezident vurğulayıb ki, Kiyev Vaşinqtonla münasibətlərin konstruktiv olmasından məmnundur və diplomatik səylərin yaxın zamanda müsbət nəticələr verəcəyinə ümid edir.

“Biz çox şadıq ki, münasibətlərimiz konstruktivdir. Diplomatiyanın daha da pozitiv inkişafını gözləyirik ki, nəhayət Rusiyanın xalqımıza qarşı apardığı müharibəni birdəfəlik dayandıraq”, – deyə Zelenski bildirib.

"AzPoltiika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol