Menu

Azərbaycan qızıl ixracından gəlirini 70 %-ə yaxın artırıb

28.11.2025, 09:44
Azərbaycan qızıl ixracından gəlirini 70 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 276,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,4% çoxdur.

Təkcə oktyabrda isə Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,1 % azdır.

10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

Şərhlər

Vətəndaş 2025-11-28 10:27:31

Azərbaycanın gəlirləri artır.amma xalqın güzəranı düzəlmir.Bunun sirrini kim açar? Bu gəlirlər hara gedir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol