Menu

"Hüquqşünas peşəsi üzrə qəbul çox aşağıdır" - Anar Bağırov

28.11.2025, 12:38
"Hüquqşünas peşəsi üzrə qəbul çox aşağıdır" - Anar Bağırov

Azərbaycanda hüquqşünas peşəsi üzrə qəbul artırılmasa, gələcəkdə daha böyük problemlərlə qarşılaşacağıq.

"Report" xəbər verir ki, o, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov bildirib ki, Azərbaycanda özəl və dövlət sektorunda kifayət qədər hüquqşünas tələbatı var: "Azərbaycanda hüquqşünas peşəsi üzrə qəbul çox aşağıdır. Bu say artırılmasa, gələcəkdə daha böyük problemlərlə qarşılaşacayıq. Müşahidələr onu deməyə əsas verir ki, son dövrlər xanım hüquqşünasların sayı artmaqdadır. Bu gün imtahanda iştirak edənlərin 31 faizi xanımlardır. Artıq region və Bakıdan olan namizədlərin sayında da bərabərlik var. İmtahanda iştirak edənlərin 44 faizi regionları təmsil edir. Namizədlərin arasında gəmclərin sayı da kifayət qədərdir. Əvvəl vəkil olmaq üçün 3 il təcrübə lazım gəlirdisə, indi bu tələb 1 ilə endirilib. İmtahanda iştirak edənlərin 71 faizi 40 yaşınadək olan hüquqşünaslardır".

Şərhlər

Şehrin. 2025-11-29 16:33:21

Bu hadisənin problemi yaradan bir-başa elə DİM-in özüdür. Hüququ üzrə qəbul balı 630+ olduğundan qəbul olduqca aşağıdır. Peşənin çətinliyi, aşağı maaşlar və həddindən yüksək bal... Bu isə bu sahədə kadrların azlığına gətirib çıxarır.

Qasımova Dilbər 2025-11-29 06:46:55

Salam mənim oglum da hüquq fakültəsini Moskva şəhərində qurtarıb amma işləmir . 4 il təcrübəsi var rayonda işləyib , hal hazırda Bakıdadı işləmir hara müraciət edə bilər zəhmət olmasa bizi məlumatlandırın əvvəlcədən təşəkkür eliyirəm

Ruslan 2025-11-28 21:00:31

Salam.Mən Hüquq təhsilliyəm və 21 il DİO da xidmət etmişm,hal hazırda təqayuddəyəm.Vəkilolmaq isdəyirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol