Ukrayna ordusu Zaporojyedəki Qulyaypole yaxınlığında irəliləyən Rusiya bölmələrini geri çəkilməyə məcbur edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub Qruplaşması məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri tezliklə cəbhə xəttini sabitləşdirə və vəziyyətə nəzarəti bərpa edə bilib.
Cənub Müdafiə Qüvvələri bildirib ki, Quru Qoşunlarının 33-cü Alayının digər hücum və mexanikləşdirilmiş bölmələrlə birlikdə Qulyaypole ərazisində Rusiya hücumunu dayandırıb.
"Cəbhə sabitləşdirilib", - deyə komandanlıq qeyd edib.
Baş Qərargahın hesabatında deyilir ki, Qulyaypole sektorunda ukraynalılar Zatişie, Sladke və Krasne kəndləri yaxınlığında, eləcə də Dobropillya, Priluki, Varvarivka yaxınlığında 20 rus hücumunu dəf ediblər.
“AzPolitika.info”

Şərhlər