Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxış edərək Ukrayna müharibəsi ilə bağlı sərt bəyanat verib.

“Bəzi qüvvələr son ukraynalı ölə qədər savaşmağı tələb edir. Rusiya buna hazırdır”, -deyə o qeyd edib.

Putin  ABŞ və Ukrayna arasında müzakirə edilən barış planının müəyyən hissələrinin gələcək danışıqlara əsas ola biləcəyini desə də, bir çox məqamın hələ də razılaşdırılmadığını vurğulayıb.

Putin həmçinin Rusiyanın Avropaya hücum etməyi planlaşdırması barədə iddiaları “gülünc” adlandırıb və belə bir risk olmadığını bildirib.

"AzPolitika.info"