Almaniya ordusunun Rusiyaya qarşı 1200 səhifəlik gizli savaş planı üzə çıxıb.
Bu barədə "The Wall Street Journal" nərşi məlumat yayıb.
Məlumata görə, alman ordusunun yüksək rütbəli zabitləri Rusiyaya qarşı mümkün müharibə ssenarisi üzrə 1200 səhifəlik gizli plan hazırlayıb. Plan təxminən 2,5 il əvvəl Berlin yaxınlığındakı hərbi bazada işlənib.
Sənəddə 800 min NATO və Almaniya əsgərinin Şərq cəbhəsinə hansı yollarla, hansı liman, dəmir yolu və avtomobil magistrallarından istifadə edilərək daşınacağı ətraflı göstərilib. Eyni zamanda, yolboyu təminat, təhlükəsizlik və mühafizə tədbirləri də planın tərkib hissəsidir.
Mütəxəssislər bu sənədi “soyuq müharibə düşüncəsinə qayıdış” kimi qiymətləndirir.
Planın müəllifləri isə hesab edirlər ki, bu üsulla müharibəni önləmək və düşmənin mümkün hücumunun uğursuzluğa düçar olacağını əvvəlcədən ona bildirmək mümkündür.
"AzPolitika.info"


Şərhlər