Menu

Nazirdən Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı açıqlama

28.11.2025, 16:54
Nazirdən Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı açıqlama

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar yoxdur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bununla bağlı hər hansı qərar mövcud deyil.

Nazirin sözlərinə görə, Azərbaycandakı mövcud qaydalara əsasən, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ali təhsil müəssisələri kimi fəaliyyətlərini davam etdirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol