Menu

"Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

29.11.2025, 11:37
"Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki "Azərışıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol