Bu ilin noyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 589,4 milyon manat təşkil edib.
"AzPolitika" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 % az, ilin əvvəlinə nisbətən 3,3 %, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 12,3 % çoxdur.
Bunun 53,2 %-i, yaxud 22 milyard 142,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 12,2 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,5 % artaraq 15 milyard 907,1 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 17,1 % artaraq 3 milyard 539,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 585,3 milyon manatı (il ərzində 2 % çox) qısamüddətli, 20 milyard 4,2 milyon manatı (26,1 % çox) isə uzunmüddətli olub.


Şərhlər
Azərbaycanda orta əhaliye viərilən maaş,pensiya ilə dolana bilir ki. həə banka əmanət qoysun.Əmanət qoyanlar rüşvt.almaq imkanı verilən vəzifəlilər.yüksək maaş təyin edilən qarışq millilər və hakimiyyətə yaxın olanlardır.