Menu

“4 ildir döyüşürük, niyə hələ də Berlində deyilik?” - Solovyov “üsyan edir” + VİDEO

29.11.2025, 20:37
“4 ildir döyüşürük, niyə hələ də Berlində deyilik?” - Solovyov “üsyan edir” + VİDEO

Ukraynaya qarşı işğalçılıq müharibəsi tezliklə 4-cü ilini tamamlayacaq. Müharibənin ilk günlərində “Kiyevi 3 günə alacağıq” deyən Kreml təbliğatçıları indi artıq başqa cür danışmağa, başqa suallar verməyə başlayıblar...

“AzPolitika” xəbər verir ki, Kremlin ən tanınan təbliğatçılarından olan Vladimir Solovyov öz efirində hərbi ekspert, polkovnik Mixail Xodoryonoka gözlənilməz sual verib. Solovyov soruşub: “Olarmı bir sərt sual verim? Müharibənin müddəti təxminən Böyük Vətən Müharibəsinə bərabərdir. Niyə indiyə qədər biz Berlində deyilik?”

Sualdan əvvəlcə çaşan Xodoryonok sonradan bunu onunla izah edib ki, Rusiya guya bütün resurslarını və imkanlarını müharibəyə cəlb etmədiyi üçün müharibə uzanıb. O deyib ki, bunun üçün bütün resurslardan və bütün silahlardan istifadə olunmalıdır. Xodoryonok iddia edib ki, guya Rusiyanın məqsədi Ukraynanın qərb sərhədlərinə çıxmaq olmayıb.

O deyib ki, Rusiyaya qısa müharibə - “blitskriq” sərf edirdi. Amma alınmadı: “Reallıq budur ki, 1 həftəyə etmək istəyirdik, amma üç ilə də alınmadı”.

“AzPolitika.info” 


Şərhlər

Tunga 2025-11-29 23:33:51

Özü də hərbçi kimi müharibədə iştirak etsəydi, bəlkə indiki illüziyalardan qurtulardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol