Menu

Tramp Maduronu güc tədbirləri ilə hədələyib

30.11.2025, 09:12
Tramp Maduronu güc tədbirləri ilə hədələyib

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu vəzifəsini tərk etmədiyi təqdirdə Vaşinqtonun güc tətbiqi də daxil olmaqla digər variantları nəzərdən keçirə biləcəyi barədə xəbərdar edib.

APA xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin iddiasına görə, Ağ Ev administrasiyası Maduronu legitim lider saymır. ABŞ rəhbərliyi onun hakimiyyətdə qalmasının Venesuelada vəziyyəti daha da gərginləşdirdiyini bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol