Xəbər verdiyimi z kimi, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.
Son məlumatlara görə, Gültəkin Hacıbəyli İstanbul Atnavutköy deportasiya məntəqəsinə gətirilib, onunla bağlı sənədləşmə başa çatdıqdan sonra Azərbaycana deport ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri ( AXCP) Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb və onlar dindirilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ( DTX) aparılıblar.
APA-nın məlumatına görə, proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
***
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, İstanbulda polis idarəsinə aparılıb və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq: “İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polisdən gəliblər, məni həbsxanaya aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var”.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli və Partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Ramiz Mehdiyevin işi ilə bağlı dindirilir.

Şərhlər