Menu

Qara dənizdə ticarət gəmilərinə yeni silahlarla hücum edilib

30.11.2025, 11:01
Qara dənizdə ticarət gəmilərinə  yeni silahlarla hücum edilib

Qara dənizdə iki tankerə edilən hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.

APA xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Əməliyyatda istifadə olunan silahlı pilotsuz dəniz vasitələri (SİDA) müasir müharibənin hansı mərhələyə çatdığını bir daha göstərib. Mütəxəssislər hücumun hədəfinin Rusiyanın “Həyalət donanması” olduğu barədə həmfikirdir.

Ukrayna Təhlükəsizlik Xidməti hücuma dair görüntüləri paylaşaraq əməliyyatda yeni hazırlanan “Sea Baby” adlı SİDA silahlarından istifadə edildiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol