Menu

Sabah Kəngərli rayonunda işıq olmayacaq

30.11.2025, 16:38
Sabah Kəngərli rayonunda işıq olmayacaq

Kəngərli rayonunda elektrik verilişində fasilə yaranacaq.

"Report"un yerli bürosu xəbər verir ki, "Naxçıvan Enerji" MMC-nin sifarişi əsasında 110/35/10 kV-luq Qıvraq yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar olaraq 1 dekabr tarixində saat 16:00-dan 18:00-a qədər Kəngərli rayonunda və bir neçə kənddə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

İşlər tamamlandıqdan sonra elektrik təchizatı tam bərpa ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol