Menu

Bülbülün nəvəsi Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub

30.11.2025, 17:59
Bülbülün nəvəsi Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.

"Report"un məlumatına görə, bu posta Murtuza Bülbül təyin edilib.

O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.

2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.

2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.

Simfonik Orkestrdə həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyəti göstərir.

Şərhlər

ƏNHU 2025-12-01 00:24:57

Yazıqlar olsun orkestrin işçilərinin gününə. Onlar bu rus ruhlu uşaqla necə işləyəcəklər? Öz də bir başa dövlətin simfonik orkestrinə işə götürüblər. 70 il də millət bunu yemləyər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol