Menu

Stiv Uitkov Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək (Yeniləndi)

30.11.2025, 22:36
Stiv Uitkov Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək (Yeniləndi)

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov sabah Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlaması zamanı məlumat verib.

Məlumata görə Rusiya prezidenti ilə danışıqların 2 dekabr çərşənbə axşamı günü baş tutacağı gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu dekabrın əvvəlində qəbul edəcək.

"Report"un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinə açıqlama verib.

"Vladimir Putin Uitkoffu 4-5 dekabradək, yəni Hindistana dövlət səfərinə başlamazdan əvvəl qəbul edəcək", – deyə o bildirib.

Xatırladaq ki, Putin və Uitkoff arasında görüş keçiriləcəyinin anonsunu ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də vermişdi. Uitkoff Rusiya liderinə Vaşinqtonun təklif etdiyi, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına dair sülh sazişi planını təqdim edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol