Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krım ərazisində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı planlaşdırılan terror aktının zərərsizləşdirildiyini bildirib. Məlumata görə, hücum Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) tərəfindən təşkil olunub.
FTX-nin məlumatında deyilir ki, GUR tərəfindən ələ alınmış Ukrayna vətəndaşı rusiyalı hərbçini onun şəxsi avtomobilinə yerləşdirilmiş partlayıcı qurğu ilə məhv etməli imiş.
Açıqlamaya görə, terror aktının icraçısı avtomobilin altına partlayıcı yerləşdirərkən və FTX əməkdaşlarına silahlı müqavimət göstərərkən “neytrallaşdırılıb”.
Təşkilatın iddiasına əsasən, hücumun təşkilatçısı Ukraynanın GUR əməkdaşı Fəxriyev Rustem Saitxaliloviçdir. Onun köməkçilərindən biri, Krım sakinindən ibarət şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ukrayna tərəfi hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
“AzPolitika.info”


Şərhlər