Ukrayna Prezidenti Volodimir Zelenski vəzifəsindən gedə bilər.
"AzPolitika" xəbər verir ki, belə bir iddia ilə rusiyalı siyasi strateq Vladimir Petrov çıxış edib.
"Dövlət başçısı istefasını elan etmək qərarına gəlib. Mən ona baxıram və başa düşürəm ki, o, artıq bunu istəmir", - deyə o, bildirib.
Petrov həmçinin 15 dekabra qədər atəşkəsə nail oluna biləcəyini, bundan sonra Zelenskinin Yeni il ərəfəsində xalqa müraciət edib istefasını elan edəcəyini irəli sürüb.
Xatırladaq ki, daha əvvəl Ukrayna liderinə alternativ olaraq ölkənin Böyük Britaniyadakı səfiri, keçmiş Baş Qərargah rəisi Valeri Zalujnının adı çəkilmişdi. “The Sunday Times” nəşri onun Zelenskiyə ən yaxın reytinqə malik şəxs olduğunu bildirmişdi.
"AzPolitika.info"


Şərhlər