Menu

Rusiyadakı qeyri-ruslar müharibədə böyük itkilərlə üzləşib - Statistka açıqlandı

01.12.2025, 12:19
Rusiyadakı qeyri-ruslar müharibədə böyük itkilərlə üzləşib - Statistka açıqlandı

Rusiyanın Xabarovsk diyarının Ulçski rayonunda yaşayan yerli xalqlar — ulçilər, nanaylar, udəgeyilər və evenklər Ukrayna müharibəsi zamanı ciddi itkilərlə üzləşib. Yerli sakinlərin sözlərinə görə, bölgədə hər üçüncü əmək qabiliyyətli kişi ya səfərbərliyə cəlb olunub, ya da müqavilə imzalayaraq döyüş bölgəsinə göndərilib. Onların əhəmiyyətli hissəsi artıq həyatını itirib.

“AzPolitika” Qərb mediasına istinadla bildirir ki, bu məlumatlar həm yerli icma nümayəndələrindən, həm də qrant və sosial layihələrdən əldə edilib.

Ulçski rayonunun Elaubuqa kəndində təxminən 200-250 sakin yaşayır. Buradan 15 nəfər rəsmi səfərbərliklə müharibəyə aparılıb, 10 nəfər isə müqavilə imzalayaraq göndərilib. Bu, hər üçüncü kəndli kişisinin döyüş bölgəsinə aparılması deməkdir.

Sənədlərə görə, bu 25 hərbçinin ailələri üçün cəmi 1,3 milyon rubl ayrılıb. Yerli sakinlər bildirirlər ki, döyüşə göndərilənlərin çoxu ultrar və nanaylardan ibarət olub.

Bölgədə bu qədər yüksək səviyyədə səfərbərliyin sosial nəticələri də ciddi olub: valideynlər, arvadlar və uşaqlar tək qalır, kəndlərdə əhali azalır, icmaların sosial strukturu pozulur.

Ulçski rayonunun bir sıra məktəblərində artıq müharibədə həlak olanlar üçün memorial lövhələr və “qəhrəman partaları” quraşdırılıb.

Memorial lövhələr və partalar, yerli sakinlər tərəfindən müharibənin bölgəyə gətirdiyi itkilərin simvolu kimi qəbul olunur.

2025-ci ilin avqustunda Ulçski rayonunun keçmiş başçısı Fyodor İvaşçuk “Vətənə xidmət” adı ilə döyüşə göndərilib. Rəsmi məlumatlarda onun “könüllü” olduğu bildirilsə də, yerli sakinlər və yaxınları onun məcbur edilərək hərbi dəstəyə qoşulduğunu iddia edirlər. İvaşçuk iki ay sonra həlak olub.

Sakinlər bildirirlər ki, rayon rəhbərlərinin döyüşə göndərilməsi sosial və siyasi təzyiqlərlə bağlıdır. Hərbi xidmətə məcburi qoşulma və itkilər bölgədəki azsaylı xalqların gələcək nəsillərinə ciddi təsir göstərir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Eli 2025-12-01 14:51:56

Bu ruslat ölüb bunların ağlayanı yoxdur.Bur aylq İvan tapa bilmirler ki müharibeye göndersinler .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol