Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Mardində keçirilən toplantıda çıxışı zamanı işə qəbul meyarları ilə bağlı mübahisəli açıqlama verib.
O, dövlət və ictimai sektorda işə qəbulda evli şəxslərə üstünlük verilməsini təklif edib.
Destici çıxışında belə deyib:“İki nəfər eyni yerə iş üçün müraciət edirsə, evli olanı seçəcəksən”.
Siyasi lider daha sonra “radikal bir fikir səsləndirəcəyini” bildirərək belə davam edib:“25 yaşına çatmış, yaxud 27 və evlənməmiş adamı dövlət məmuru və ya dövlət işçisi etməyəcəksən. Cəsarətli qərar belə olar”.
Destici bildirib ki, bu istiqamətdə real addımlar atılmalıdır və əgər xalq ona səlahiyyət versə, bu qərarları tətbiq edəcəyini qeyd edib.
“Bu milləti yaşatmaq lazımdır. Əhalinin sayı bir millətin ən böyük sərvətidir”, -deyə o, bildirib.
"AzPolitika.info"


Şərhlər