Ramiz Mehdiyevə məxsus olduğu iddia edilən villanın görüntüləri yayılıb.
Bu barədə eks-deputat Etibar Hüseynov sosial şəbəkə hesabından paylaşım edib.
Özlərini “makler” kimi təqdim edən şəxslər villanın içinə daxil olmağı və obyektin daxilindən görüntülər çəkməyi bacarıblar.
Etibar Hüseynov sosial şəbəkədə yayımladığı süjetin daha geniş video materialın anonsu olduğunu qeyd edib. Yaxın günlərdə villayla bağlı daha ətraflı reportaj təqdim olunacaq.

Şərhlər