Menu

"Sənin edə bilməyəcəyin bir şey idi" - Tramp jurnalisti təhqir etdi

01.12.2025, 16:08
"Sənin edə bilməyəcəyin bir şey idi" - Tramp jurnalisti təhqir etdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə jurnalistləri təhqir edib. 

Hadisə Tramp Ağ Evə qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən baş verib.

"CBS News" jurnalisti Veiya Yianq MRT müayinəsindən keçən Trampdan bunun hansı nahiyəyə tətbiq edildiyini soruşub. 

Tramp isə son dərəcə sərt cavab verib:“Heç bir fikrim yoxdur. Sadəcə MRT çəkildi. Beyin deyildi, testdən keçdim və tam bal topladım. Sənin heç vaxt edə bilməyəcəyin bir şey idi”.

Trampın MRT nəticələri, keçən həftə Valzı sosial şəbəkədə “ağır dərəcədə ağılsız” adlandırmasından sonra yenidən gündəmə gəlib.

Xatırladaq ki, Ağ Evin sözçüsü Karolin Levitt oktyabr ayında Trampın Valter Rİd Hərbi Tibb Mərkəzində rutin müayinə çərçivəsində Trampın tibbi testdən keçdiyini və  nəticələrin son dərəcə yaxşı olduğunu açıqlamışdı, lakin MRT-nin konkret olaraq hansı nahiyədə aparıldığı bildirilməmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol