Menu

Rusiyanın neft anbarına hücum olub - VİDEO

02.12.2025, 13:22

Rusiyanın Orel vilayətinin Livnı şəhərindəki Orelnefteprodukt neft anbarına dron hücumu olub.

Bu barədə "Astra" "Telegram" kanalı məlumat yayıb. Həmçinin regional hakimiyyət orqanları da hücumu təsdiqləyib.

"Dünən gecə Orel vilayəti yenidən dron hücumuna məruz qalıb və nəticədə Livnı rayonundakı yanacaq-enerji müəssisələrində yanğın baş verib", - deyə regional qubernator Andrey Kliçkov bildirib.

Onun sözlərinə görə, hücum zamanı itki qeydə alınmayıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol