İndoneziya, Şri-Lanka və Taylandda baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1200-dən çoxdur, hələ də 800-dən artıq insan itkin düşmüş sayılır. 

Hadisələr musson yağışlarının təsiri ilə yaranıb və bölgədəki çayların daşmasına, infrastrukturun dağıdılmasına və şəhərlərin su altında qalmasına səbəb olub.Ölənlərdən 659-u İndoneziyada, 390-nıŞri-Lanka və 181-i Tayland qeydə alınıb.

Ən çox ziyan İndoneziyaya dəyib. Sumatra adasında yolların dağıldığı və körpülərin məhv olduğu səbəbindən xilasedicilər kəndlərə çətinliklə çatır. Hökumət bildirir ki, hava şəraitinin pisləşməsi xilasedici işləri daha da çətinləşdirir.

Ölkə üzrə3,2 milyon nəfər daşqınlardan təsirlənib, 2600 nəfər yaralanıb, 470-dən çox insan isə itkin düşüb.

“The Guardian” qəzeti yazır ki, musson fəsli hər il güclü yağışlar gətirir, lakin bu il Məlakka boğazında yaranan nadir tropik tufan hadisəni daha da ağırlaşdırıb. Bu, daşqın və torpaq sürüşmələrini intensivləşdirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bölgəyə tez cavab qrupları və ilkin yardım əşyaları göndərib.Eyni zamanda epidemioloji nəzarət gücləndirilir, xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

“AzPolitika.info”