Menu

"Qarabağ" "Ayaks" matçı öncəsi azarkeşlərə müraciət etdi

02.12.2025, 14:58
"Qarabağ" "Ayaks" matçı öncəsi azarkeşlərə müraciət etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində dekabrın 10-u keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır.

Bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq. Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur.

Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.

“Qarabağ”ı 10 dekabrda Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol