Menu

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edilib

02.12.2025, 17:04
Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edilib

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ikinci oxunuşda qəbul edib.

Parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.

Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Şərhlər

Günel 2025-12-03 12:08:35

Salam sosyal yardım alanların aldığı müavinətdə artım olacaq yoxsa yeni təyin olunanlar artımla alacaq ?

Vətəndaşdan Milli Məclisə 2025-12-02 19:47:40

Bu milliMəclis hansımillətin məclisidir.Azərbaycanda kommunal,Nəqliyyat.ərzaq, xərclər 25-45 faiz artdığı halda Sizin qəbul ütdiyiniz 15 manat artımın nə demək olduğunu anlayan niyə yoxdur.15 manat bir günə 50 qəpik düsür irki, bu heç bir avtobus gedişinə çatmır.Bu 15 manat artm ölkədə baş veıən bahalaşmalarla adekvatdlrmı7 Deputatlar məgər xalqın tımsilçisi deyil?Onda niyəantialq qərarlar qəbul edirlər?Ayıb deyilmi ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol