Menu

Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb

02.12.2025, 18:40
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb

Ukraynaya genişmiqyaslı hücumundan indiyə qədər Rusiyanın ümumi itkiləri 1 milyon 168 min nəfərə çata bilər.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin “X” səhifəsində bildirilib.

Məlumata görə, Rusiyanın 2025-ci ildə müharibədə təxminən ölü və yaralı olmaqla 382 min itki verdiyi ehtimal olunur.

Bildirilir ki, 2025-ci ilin noyabr ayında Rusiyanın gündəlik orta itki səviyyəsi 1033 nəfər olub, bu isə oktyabr ayındakı 1008 nəfərlik göstəricidən artıqdır və bu artım ardıcıl üçüncü aydır davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol