Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü yekunlaşıb.
"Report"un məlumatına görə, görüş beş saatdan çox davam edib.
Məlumata görə, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib.
Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" hesabında görüşün məhsuldar keçdiyini yazıb.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edib.
***
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü yekunlaşıb.
"Report"un məlumatına görə, görüş beş saatdan çox davam edib.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edib.
Danışıqların yekunu ilə bağlı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun mətbuata açıqlama verəcəyi gözlənilir.
***
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş üç saatdan çoxdur ki, davam edir.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov danışıqların konkret müddətinin olmadığını, lazım olduğu qədər davam edəcəyini söyləyib.
Qeyd edək ki, Kremldə keçirilən görüşdə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edir.
Rusiya tərəfdən isə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edirlər.


Şərhlər