Menu

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

03.12.2025, 10:02
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.

"Hadisənin cinayət hissəsi ilə Baş Prokurorluq, aviasiya insidentinin texniki araşdırması isə Nəqliyyat Nazirliyi məşğul olur. Nəqliyyat Nazirliyi artıq (öz araşdırmasının - red.) son mərhələsinə yaxınlaşıb. Hazırda mütəxəssislər xarici lisenziyalaşdırma strukturlarından - texnologiya və avadanlıqların, o cümlədən aeronaviqasiya sistemlərinin rəhbərlərindən rəy gözləyirlər. Bu sənədlər alındıqdan sonra nazirlik araşdırmanın öz hissəsini ya bu ilin sonuna qədər ya da gələn ilin əvvəlində tamamlamağa hazırdır", - K.Bozumbayev qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol