“Kolombiya kokain istehsal edir, istehsal laboratoriyaları var və sonra kokaini bizə satırlar. Bunu edən və ölkəmizə satan hər kəs hücuma məruz qala bilər”.
Bunu Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ lideri Donald Tramp deyib.
ABŞ Prezidentinin sözlərinə görə, hücumlar artıq dənizlə məhdudlaşmayacaq:“Bu hücumları quruda da başladacağıq. Bilirsiniz, quru çox daha asandır. Onların istifadə etdikləri marşrutları bilirik, hər şeylərini bilirik, harada yaşadıqlarını, pis adamların harada olduğunu bilirik və bunu çox tezliklə başladacağıq”.
Jurnalistin bu hədəfin yalnız Venesuelaya aid olub-olmadığı sualına Trump belə cavab verib:“Xeyr, yalnız Venesuela deyil”.
O, uzun müddətdir hədəfində olan ölkənin vəziyyətinin “çox pis” olduğunu da qeyd edib.
"AzPolitika.info"


Şərhlər