Menu

123 ölkə İsrailə qarşı birləşdi - Suriya məsələsinə görə

03.12.2025, 11:37
123 ölkə İsrailə qarşı birləşdi - Suriya məsələsinə görə

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstinlə bağlı qəbul etdiyi qətnamənin ardınca bu dəfə Suri­yanın işğal altındakı Qolan bölgəsinə dair kritik səsvermə keçirib. 

Qətnamədə 123 ölkə İsrailə “işğala son qoy, çəkil” çağırışı edib. 

Qətnamə İsrailin işğalının “qanunsuz, etibarsız və hökmsüz” olduğunu bir daha təsdiqləyir.

Türkiyənin BMT Təm­silçisi Ahmet Yıldız bununla bağlı bildirib:“Beynəlxalq ictimaiyyət Suriya Qolanının işğalının keçərsiz və hökmsüz olduğunu həmişə vurğulayıb. Bu cür hücumlar dərhal dayandırılmalıdır”.

O, İsrailin Suriya ərazilərinə həyata keçirdiyi hücumların regional sabitliyi ciddi şəkildə təhdid etdiyini də diqqətə çatdırıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol