Ukrayna Prezidenti Volodimir Zelenski ilə Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner arasında gözlənilən görüş ləğv edilib.
“AzPolitika” xəbər verir ki, Qərb mediasının yazdığına görə, Brüsseldə keçirilməli olan görüş baş tutmayacaq. Bu səbəbdən Avropada olan Zelenski Kiyevə qayıdır.
Eyni zamanda, "The Wall Street Journal" qəzeti Rusiya-ABŞ görüşünün sülh danışıqlarındakı əsas maneəni aradan qaldıra bilmədiyini bildirib. Bu, razılaşmaya əsas maneələrdən birinə çevrilən ərazi məsələsidir.
Görüşdə iştirak edən Putinin müşaviri Yuri Uşakov ərazi məsələsinin Moskva üçün ən vacib məsələlərdən biri olduğunu, lakin tərəflərin hələlik kompromis əldə edə bilmədiyini deyib.
“AzPolitika.info”


Şərhlər