Rusiyalı ekstremal idmançı Sergey Boytsov yenidən sosial medianın gündəminə çevrilib.

O və komanda üzvləri isti hava şarının altına bərkidilmiş 5×3 metrlik mini süni örtüklü platformada, 1.800 metr hündürlükdə futbol oynayaraq qeyri-adi görüntülər nümayiş etdiriblər.

Boytsovun "X" hesabından paylaşdığı 18 saniyelik video qısa zamanda viral olaraq yarım milyondan çox baxış toplayıb.

30 yaşlı idmançı sosial media hesabında “Yeni dünya rekordu qırdıq – 1800 metrdə isti hava şarı altında oynanılan ilk futbol matçı” sözlərini yazıb. 

"AzPolitika.info"