MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.
APA xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.
Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Şərhlər
Bos sohbetlerdir. Bunlarin secim saztakarliginda gecbir tesir imkani yoxdur. Bunlar yol kenarinda 200 manata arenda goturib maklerlik eden isaq musaqdir. Sistem bigin gormek olmadi ve evler paylandi bitdi. Bu qedür sade. İllerdir eyni metodda kecirilir eyni hadiselerde vas verir. Maraqlari yoxsa niye eyni usulla kecirilir eyni cirde sayt cokur. Bidceden bunun intsrnent teminati ucun milyonlarla vesait ayrilir. Gedin onlari tutun