Menu

"Əgər bir cəllad görmək istəyirsənsə, aynaya bax" - Ərdoğan + VİDEO

03.12.2025, 16:23
"Əgər bir cəllad görmək istəyirsənsə, aynaya bax" - Ərdoğan + VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə keçirilən fraksiya toplantısında çıxış edərək CHP lideri Özgür Özəlin başladığı “cəllad” polemikasına cavab verib.

Ərdoğan bildirib:“İnsanda bir az utanmaq olar. Kimlərin darağacında stulu aşırdığını xalqımız yaxşı bilir. Əgər cəsarətin varsa və bir cəllad görmək istəyirsənsə, aynaya bax. Çıxıb kiminsə cəllad olmaqda hədələyir. Bilirsiniz, Türkiyəni də, xarici siyasəti də, iqtisadiyyatı da bilmirsiniz. Heç olmasa öz qaranlıq tarixçənizi bilirsiniz. Soruşmalıyam ki, həyatınızda CHP-nin utancverici tarixini heç oxumamısınız? Təkpartiyalı faşizmin bu millətə nələr gətirdiyini heç öyrənməmisiniz? Cəlladın və qurbanın kim olduğunu bilməyə bilərsiniz, amma kürd qardaşlarım və bacılarım bunu çox yaxşı bilirlər.  Cənab Özəl, vaxtınızı boşa sərf etməyin".

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol