Menu

Hakan Fidan Brüsseldə Rüstəm Umerovla görüşüb

03.12.2025, 23:18
Hakan Fidan Brüsseldə Rüstəm Umerovla görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Görüşdə müzakirə olunan mövzular açıqlanmayıb.

Qeyd edək ki, bu gün Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol