Menu

“Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir” – Gültəkin Hacıbəyli

04.12.2025, 12:02
“Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir” – Gültəkin Hacıbəyli

Keçmiş deputat, Milli Şuranın üzvü, “Mehdiyev işi” üzrə istintaqa cəlb edildiyi bildirilən Gültəkin Hacıbəyli hazırda Türkiyədə Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.

“AzPolitika” bildirir ki, bu barədə özü “Facebook” səhifəsində məlumat yayıb.

“Hazırda barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir”, - o qeyd edib.

Hacıbəyli onu da bildirib ki, təcili qaydada artıq Avropa Məhkəməsinə və Türkiyədə məhkəməyə də müraciət olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol