Menu

"Prezidentə görə boşanma məsələsini təxirə saldıq" - Məşhur müğənni maraqlı faktı açıqladı

04.12.2025, 12:18
"Prezidentə görə boşanma məsələsini təxirə saldıq" - Məşhur müğənni maraqlı faktı açıqladı

Türkiyəli məşhur müğənni Sinan Akçıl keçmiş həyat yoldaşə Burcu Kıratlıdan boşanması ilə bağlı maraqlı bir detalı bölüşüb.

Akçıl bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ona həyat yoldaşı ilə boşanmazdan əvvəl yenidən düşünməyi məsləhət görüb. Ölkə başçısı Sinan Akçılın boşanmasının türk gəncləri üçün yaxşı bir nümunə olmayacağını bildirib. Bu tələbdən sonra Sinan Akçıl boşanmas prosedurunu bir il təxirə salmaq qərarına gəlib.

"Prezidentimiz boşanma məsələsini bir il təxirə salmağıma səbəb oldu. O, məntiqli şeylər dedi. Yenidən cəhd etdik, amma alınmasa, alınmır", -deyə o, qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol