Menu

14 saylı türmədə 10 etirazçı məhbus karsa salındı

25.12.2014, 23:41
14 saylı türmədə 10 etirazçı məhbus karsa salındı

Xəbər verildiyi kimi, dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsinə dustaqlar etiraz ediblər. musavat.com cenubnews.com internet qəzetinə istinadən xəbər verir ki, bundan sonra etiraz edən məhkumların həyatı daha da ağırlaşıb. Belə ki, onlardan on nəfəri karsa salınıb. Həmən məhbuslar arasında Masallı rayonunda olan, şərlənərək 7 il azadlıqdan məhrum edilən inanc adamı Rza Ağalı da var.

Məlumatda bildirilir ki, hazırda həbsxana daxilində ciddi araşdırmalar gedir. İstisna deyil ki, digər məhkumlardan da karsa salınanlar olacaq. Əsasən həbsxananın “işverən” məhkumları öldürülən idmançı məhkum E.Babayevin ətrafındakı məhkumların üzünə durur və bundan sonra həmən dustaqlar cəza kamerasına salınır.

Daxil olan son məlumatda o da deyilir ki, artıq həbsxanada qanuni rejim sərtləşdirilib. “Yuxarı”dan gəlmiş məmurlar hadisə barədə ciddi araşdırma aparırlar. Görüşə gələn ailələr yaxınları ilə çox çətinliklə görüşə bilirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol