Menu

"Mehdiyevi tərifləyənləri istintaqa çağırmaq lazımdır" - "Bu adamlar guya bizim elitamızı təmsil edirlər..."

04.12.2025, 16:46
"Mehdiyevi tərifləyənləri istintaqa çağırmaq lazımdır" - "Bu adamlar guya bizim elitamızı təmsil edirlər..."

“Mən başa düşürəm, Mehdiyev Prezident Aparatının rəhbəri olub, konyukturanın öz şərtləri, idarəçiliyin normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair. Hamı durub aparat rəhbəri ilə savaş açamlı deyildi ki. Komanda daxilində konfrantasiya yaratmağa, əlavə cəbhə açmağa lüzum da yoxdu. Hamının, o cümlədən sir-sifətindən qaramat, xainlik yağan Mehdiyevin də ad gününü, yubileyini təbrik etmək olar”.

"AzPolitika" xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib.

O qeyd edib ki, Mehdiyev haqqında tərif deyənləri linç etməyin tərəfdarı deyil:“Amma hər şeyin bir həddi var axı...Mehdiyev haqında təbrik videoları yayılır. Baxıram, sanki danışmırlar, doğurlar. Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb Mehdiyevin şəninə yaraşdırsınlar. Özü də danışanlar sıradan biriləri deyil. Kifayət qədər ciddi status sahibləridirlər. Mehdiyevə "siyasətin akademiki" deyirlər. Mehdiyevə "siyasətin akademiki" deyənlər bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harda görürlər? Mehdiyevi "dərin dövlət" adamı adlandırırlar. Bu birbaşa istintaq üçün əvəzsiz materialdır: dərin dövlət paralel idarəçilik deməkdir. Onda adamdan soruşarlar ki, buyur, gəl, danış, paralel strukturlar, dərinlik barədə nə bilirsən? Əcaib, həm də qorxulu bir mənzərə yaranır. Axı bu adamlar guya bizim elitamızı təmsil edirlər. Mənim heç şübhəm qalmayıb ki, Mehdiyev fərqli bir dinin daşıyıcısı olsaydı, bu adamlar ona xoş gəlsin deyə dini inanclarını da dəyişərdilər....”.

"AzPolitika.info"

Şərhlər

Oxucu. 2025-12-04 21:58:31

Yazmırsan olmur,onda gərək bütün milləti həbs etsinlər,necə yəni tərifləyənlər bəs yaltağlar bu ölkəmizdə yazılmayan qaydadır gələnə çəçə gedənə təpik.

Eli 2025-12-04 18:26:36

Bu gün hamı "KİŞİ" olub hücuma keçibler ve he kim de Dövlet ve dövletçilikden yox Mehdiyevden danışır ,yeni 24 il Dövletin başında duranlardan birinin emellerinde heç
kimin xeberi olmayıb onda mentuqle bizde müvafiq dövlet qurumlarınn fealiyyeyi olmayıb ?!Gülmeludur vallah.Belke Allah başımlza bir daş salsın ki ,hamı rahat olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol