Son günlər hökumət üzvləri əhalinin sosial durumunu reallıqdan fərqli təqdim edərək, müxtəlif mübahisəli rəqəmlər səsləndirirlər.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı paylaşım edib: “Növbəti hüquqşünas nazir, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, sitat: “Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Minimum əməkhaqqını 130 manatdan 400 manata çatdıra bilmişik”.
2018-ci ilin yanvarın 1-də ölkədə minimum əmək haqqı 130 manat idi, bəli, indi 400 manatdır. Bəs yaxşı inflyasiya, yəni, rəsmi rəqəmlər necə dəyişib?
2018-ci ildə 2,3%, 2019-cu il 2,6%, 2020-ci il 2,8%, 2021-ci il 6,7%, 2022-ci il 13,9%, 2023-cü il 8,8%, 2024-cü il 4,9%, bu il isə hələlik 6% civarındadır.
Yaxşı, 2018-ci ildə ət neçəyə idi – kilosu 10-11 manat, indi neçəyədi – 20 manat civarında. 2018-ci ildə yağ neçəyə idi – 14-15 manat, indi neçəyədi – 22-25 manat arası.
Kommunal xidmətlər, nəqliyyatda gediş haqqı, ərzaq və dərman qiymətləri 2018-dən bəri nə qədər artıb?! Hüquqşünas nazir nədən müqaisəni yarımçıq aparıb?!
Minimum əmək haqqının artmasından əziyyət çəkən, bəli-bəli, əziyyət çəkən yüzminlərlə insan var – VÖEN-lə çalışanlara böyük yük düşür. 2018-ci ildə minimum əmək haqqı 130 manat olanda VÖEN-lə çalışanlar DSMF-yə 32 manat 50 qəpik ödəyirdilər, indi 400 manat olub, DSMF-yə 100 manat, özü də, ayda nə qədər dövriyyən olur-olsun, yenə də 100 manat ödəməli olursan.
Hökumətin hüquqşünaslardan ibarət iqtisadi komandasına dəfələrlə müraciət etmişik, publik çıxışlarımızda demişik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum əmək haqqına bağlılığını qaldırın, qanundan o cümləni çıxardın, daha doğrusu, Milli Məclisə elə təkliflə gedin – etmirlər. Bu bağın, o cümlənin qalması kiçik sahibkarlara əlavə yükdür, sabah, məsələn, mimimum əmək haqqı, lap elə 800 manat oldu, o zaman hər ay 200 manat ödəmi olacaqlar axı, bu ədalətsiz və məntiqsiz yanaşmadır.
Onu da deyim ki, mimimum əmək haqqı məsələsi formal göstəricidir, 400 manat olması nəyə təsir edir ki?! Hə, dövlət-özəl bu rəqəmdən aşağı maaş verə bilməz (əslində verir, yarımştat rəsmiləçdirərək), amma, indi bəyən 400 manata işləməyə (Bakı və Abşeronda, böyük şəhərlərdə) kim razı olar ki?! Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur...
“AzPolitika.info”

Şərhlər
Tapılmayan .şeyi axtarana nə deyilir ? Azəraycanda hansı nazir tutduğu vəzifəyə.sahə üzrə ixtisasa iş təcrübəsinə.müvafiq iş stajına malikdir?Bu da onlardan biti
Tox , ac ((( meselesi,,,
Dövlətdə də işləyənlərin gəlir vergisinə baxılmalıdır.14.coxdur.buna.təcili baxılmalıdır.1000.man. əmək haqqına. 10.faiz gəlir.verg.tutulmalidir.bu daha ədalətli.olar. 40.ikdən çox iş stajı olan. niyə.2-3.il.tez.cixmamalidir.ji
Bu nazir özü.400 .manata dolana bilərmi Minumum əmək haqqı ilə məmurların maaşı bağlı olsa belə deməzlər.nazirlərin maaşı minumum əmək haqqının 5 mislindən.ya.da .6mislindən artıq olmamalıdır.vetgi məcəlləsində ki 200 man. sozu.cixarilmalidir maaş. artmirsa.onda. minumum em haqqından.gəlir. vergisi.tutulmamalidir
Yarımçq adamın da yarımçıq nəticəsi olması təbiidir. Biirmisiniz, indi vəziələrdə nə qədər yarımçıq şəxslər oturdulub?..
HƏR İŞİ BİLƏNƏ VERMƏYƏNDƏ BQLƏ OLUR.
Mən ondan qat-qat artıq yaxşı nazir olaram.
Bir adam ki, Sahilin əlinin altında böyüyə, ondan dərs ala, bu gün də onun əmri ilə oturub dura ondan xalqa xeyir gələrmi? Baxın dünən nazir postunda oturdulub, yerini hələ isitməyib ağzını yalanla açır. Bizə kəf gəlmək istəyir. Ay sən ö....n! Millət bilmir ki, 10 il bundan qabaq ət 3 manata bu gün 30 manatadır? Sən kimi fırladırsan? Xalq üçün heç nə dəyişməyib. Həmin hamam, həmin tasdır. Savadsız kütləni tovlabaş eləmək asandır. Duxun çatırsa Natiq Cəfərli ilə canlıda debata çıx. Dilini ağzında qurudar. Yox duxun çatmırsa onda qaç kabinetinə gir və bir də oradan çölə çıxma.
Yarımçıq adamın da yarımçıq müqayisəsi olar