Menu

"LONDONDA ƏXLAQSIZ HƏYAT KEÇİRƏN..." - Mirşahin sabiq nazir və qızı ilə bağlı nələr dedi? + VİDEO

05.12.2025, 21:11
"LONDONDA ƏXLAQSIZ HƏYAT KEÇİRƏN..." - Mirşahin sabiq nazir və qızı ilə bağlı nələr dedi? + VİDEO

"Mən ondan danışmaq istəmirəm ki, Suad xanım atası Əbülfəsin mənliyini daim qalmaqallarla daşqalaq edib. Valideynin adını Londonda əxlaqsız həyat keçirən, atasının pulları ilə narkotik və seks partiləri təşkil edən övlad atasıtək çıxarıb..."

"AzPolitika"  xəbər verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev Bakı Film Festivalında nümayişinə qadağa qoyulan, rejissor və ssenari müəllifi Suad Qara olan “Məhsəti” qısametrajlı bədii filmi ətrafında mübahisələrə münasibət bildirərkən deyib.

Mirşahin Ağayevin özlərinə görə, film nəinki Azərbaycanın, bütün Şərqin böyük şairi Məshəti Gəncəvinin ismət və ləyaqətini hədəf alır:  “Xəbər sadə şəkildə budur. Hansısa “Məshəti” filmi beynəlxalq film festivalının proqramından silinib. Amma xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidlər var...İkincisi, bu filmin Məshətinin soydaşı azərbaycanlı çəkib. Üçüncüsü, bu filmi Məshətinin soydaşı azərbaycanlı qadın çəkib. Dördüncüsü, filmi 16 il Azərbaycanın Mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı Suad Qara çəkib. Beşincisi, altıncısı, yeddincisi və sair də var. Amma mən elə bu dörd müddətdən çıxış edəcəm”.

M.Ağayev vurğulayıb ki, Suad Qaranın təqdim və təlqin etdiyi budur ki, Məshəti Gəncəvi müasirimiz olsaydı, əxlaqsız biri olardı: “Barlarda sərxoş vaxt keçirər, yatağını, qucağını hər fürsətdə paylaşardı. Əyyaşların, seksual azlıqların içində dolaşardı... və bu o Məshəti Gəncəvidir ki, YUNESKO onun 900 illik yubileyini dünya səviyyəsində qeyd etmişdi. Şərqin ən böyük qadın şairinin “dün kası küzəmi daşlara çaldım, sərxoşdum, bilmədim əlimdən saldım, küzə dilə gəlib dedi ki, mən də, sənin kimi idim, bu günə qaldım” misralarını isə ən böyük mütəfəkkirlər ömrün mənası barədə ən mükəmməl kəlamlar adlandırıblar. Suad Qara isə belə bir şəxsiyyətin, o cümlədən azərbaycanlının, Şərqin ruhunu təhqir edib. Mən ondan danışmaq istəmirəm ki, filmdə öz arzularının, seksual fantaziyalarının xanımı Suad Məshətinin vücuduna açıq-saçıq səhnələrdə, erotik planlarda proyeksiya edib və milli-mənəvi əmanətlərimizə xəyanət edib. Mən ondan danışmaq istəmirəm ki, Məshəti xanımın belə təqdimatı milli-ədəbi tariximizi, xüsusilə gənclərə antiəxlaq yönündən göstərməkdir. Mən ondan danışmaq istəmirəm ki, Suad Qara həm də şərəfli bəstəkar Qara Qarayevin adını, soyadını, üzünü qara, qapqara etməyə növbəti cəhd edib. Və Məshəti Gəncəvini ildırımli yollarla yox, sürüşkən yollarla, əyri yollarla aparıb. Mən ondan danışmaq istəmirəm ki, Suad xanım atası Əbülfəsin mənliyini daim qalmaqallarla daşqalaq edib. Valideynin adını Londonda əxlaqsız həyat keçirən, atasının pulları ilə narkotik və seks partiləri təşkil edən övlad atasıtək çıxarıb. Mən ondan danışmaq istəmirəm ki, Suad Qarayeva Londonun göylə gedən moda klublarının sədaqətli və səxavətli qonağı olub. Çünki kişilər seksual görünən qadınları çox sevirlər”.

Ətraflı videoda...

Şərhlər

F. Hüseynli 2025-12-05 23:47:23

Çox sağol Mirşahin bəy.

Əlfəddin Haqverdiyev 2025-12-05 22:39:32

AXCP dövründən London (BBC) jurnalistikasının təcrübəli həmkarı M.Ağayev Məhsətinin qeyd edilən misralarını Q.Suadın film kimi canlandırmaq cəhdini, ya layihəsinin hədsiz sadə-primitiv, qeyri-etik qəbul edilə biləcəyi münasibətilə qarşılıqlı-anlaqlı tənqidmi, ya linç mühakiməsi kimi mədəni-siyasi pillələrə qaldırması çətin ki, layihəni izləməyənlərə nəyisə aydınlatsın? *Çılpaqlamaq* nəyə gərəkmiş? Məqbul deyilsə, bircə sözlə-rədd etmək kifayət deyilmi? Son zamanlar nədənsə, kəskin-mətbu qarşıdurmalar daha çox rast gəlinir?

Roma 2025-12-05 13:33:23

Axı, Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəhbəri postuna layiq deyildi...bunun özü nə olub ki, qızı da nə olsun. Baxın, siqaret sümürməyinə, barda şenlənməyinə və s... beləsi nə bilər Xalqımızın, Millətimizin adət-ənənəsinə, tarixi keçmişinə, Məhsəti xanım Gəncəvi kimi böyük mütəfəkkür şairəmizin hörmət və ehtiramına sayğını...İnsan özü nədirsə, elə bilir ki, başqaları da elədir, bir sözlə beləsinin cavabı verilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol