Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin iki müşaviri işdən çıxarılıb.
"AzPolitika" "Qaynarinfo" -ya istinadən xəbər verir, DSMF sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Tural Sədrəddin oğlu Məmmədzadə vəzifəsindən azad olunub.
Əldə etdiyimiz digər məlumata görə, o, Maliyyə Nazirliyinə təyinat alıb.
Sadıqov Müşfiq Eldəniz oğlu da DSMF sədrinin müşaviri vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir neçə ay əvvəl DSMF sədrinin müşaviri Səmədov Orxan Pənah oğlu Fondun Mühasibat uçotu departamentinin, digər müşaviri Abdullayev Amin Razim oğlu isə Strateji planlaşdırma və investisiyalar departamentinin müdiri təyin ediliblər.

Tural Məmmədzadə

Müşfiq Sadıqov

Şərhlər