Menu

"Qazdan partlayış baş verdi, 3 nəfər yandı...” - VİDEO

06.12.2025, 10:40
"Qazdan partlayış baş verdi, 3 nəfər yandı...” - VİDEO

"Qazdan partlayış baş verdi. Hadisənin şahidi oldum, 3 nəfər yandı”.

“AzPolitika” xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında paytaxtın Binəqədi rayonunda kafedə baş vermiş yanğının hadisə şahidlərindən biri bildirib.

“Yananlardan birinə kömək elədim. Təcili tibbi yardım gəlib apardı. İşçilərdən biri yanırdı, mən söndürdüm...”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektlərin birində partlayış baş verib. Nəticədə 3 kişi bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol