Menu

"150-300 min qazananda deyirdilər ki, ortaya pul qoyun" - Rafael Ağayev + VİDEO

06.12.2025, 20:51
"150-300 min qazananda deyirdilər ki, ortaya pul qoyun" - Rafael Ağayev + VİDEO

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb.

"AzPolitika" xəbər verir ki, idmançı bu barədə "Azerisport.com" saytına mesahibə verib:

“İdmançılar mənə “like” qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, “baxın Rafael çox danışır”. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyə yox, sayan yox… Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabın verdilər.

Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda “hamı” harda idi?”.

Şərhlər

Mahir 2025-12-06 23:58:58

İndiyədək ölkəmizin idman tarixində Rəfael qədər uğurlu idmançı olmayıb və təssüf ki olması çox çətindir. Təmiz, ləyaqətli, səmimi, dürüst olmağı ilə bərabər. Rəqibləri sındıra bilmədi. Amma özümüz sındırmaq istədik. Belə bir idmançı ermənidən olsaydı bizim gözümüzə soxardılar. Biz ona düşmən kimi baxdıq ...

!Aida Rehimli 2025-12-06 20:02:34

HALALDİ SİZE VAALLAH...DUZE DUZ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol