Menu

"Qarabağ" Çempionlar Liqasında 3 pillə gerilədi - SİYAHI

11.12.2025, 10:36
"Qarabağ" Çempionlar Liqasında 3 pillə gerilədi - SİYAHI

Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tura yekun vurulub.

"AzPolitika" xəbər verir ki, altıncı turda evdə Hollandiyanın "Ayaks" klubuna məğlub olan "Qarabağ" turnir cədvəlində 3 pillə geriləyib.

Ağdam təmsilçisi turnirin əvvəlki matçlarında “Benfika”nı 3:2 hesabı ilə məğlub etmiş, ardınca “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanmışdı. Daha sonra “Atletik”ə 1:3 uduzan “Qarabağ” 4-cü turda “Çelsi” ilə 2:2 oynayaraq bir xal əldə etmiş, 5-ci turda isə "Napoli"yə səfərdə 1-0 hesabı ilə məğlub olmuşdu.  Bu nəticələrlə komanda hazırda 7 xalla ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.

Qaydalara əsasən, Liqa mərhələsində ilk 8 komanda birbaşa 1/8 finala yüksəlir. 9–24-cü yerləri tutanlar pley-off mərhələsində mübarizəni davam etdirir, 25–36-cı yerdə qərarlaşan komandalar isə avrokubok mövsümünü burada başa vurur.

"AzPolitika.info"


Şərhlər

Vətəndaş 2025-12-11 22:08:51

Bu Qurbanovun "yaxşı" fəaliyyətinin nəticəsidir,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol