Menu

MEHDİYEVLƏ BAĞLI DAHA BİR QƏRAR VERİLDİ - Həbibbəyli AÇIQLADI

12.12.2025, 21:01
MEHDİYEVLƏ BAĞLI DAHA BİR QƏRAR VERİLDİ - Həbibbəyli AÇIQLADI

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək.

Bbunu AMEA prezidenti İsa Həbibbəyli Fəxri xiyabanda jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.("Report")

Şərhlər

Ее 2025-12-13 02:28:04

İsa , akademiyanin yarashiqidi ))))

Roma 2025-12-12 14:36:52

İndiyədək yəni AMEA yaranan göndən İsa Həbibli kimi rəhbər "görməyib". O öz "savadıynan, təmkiniynən" hamımızın hörmətini qazanmışdır və dediyini də eliyən adamdı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol