Menu

“Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” - YENİ KİTAB

12.12.2025, 16:32
“Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” - YENİ KİTAB

Səfəvişünas alimlər Günay Nəciyeva və Elnur Nəciyevin “Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” adlı kitabı çap olunub.

Modern.az xəbər verir ki, yeni nəşrin elmi yeniliyi ondan ibarətdir ki, müəlliflər ilk dəfə olaraq Səfəvi tarixinin əsas mənbələrini vahid sistemdə qruplaşdırıblar.

Əsərin müəllifləri Səfəvi dövrü mənbələrini təhlil edərkən mənbəşünaslığın klassik prinsiplərini müasir elmi metodologiya ilə uzlaşdırmağa nail olublar. Onların tədqiqatı Xondəmir, Sədrəddin Sultan əl-Əmini, Mir Yəhya Qəzvini, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi və digər görkəmli tarixçilərin əsərləri üzərində aparılıb. Əsərdə bu müəlliflərin Səfəvilər dövləti barədə məlumatları, hadisələrin təsviri üsulu və müəllif mövqeləri müqayisəli şəkildə araşdırılıb.

Şərhlər

Elşad 2025-12-13 13:52:05

İngiliscə bilmirəm, Azərbaycan tarixində Xətai İran dövlətini birləşdirdiyini elan edir və Azərbaycanlı xalqını vəhşicəsinə farslaşdırmağa çalışır. Hara fırlatsaz, bu tarixdir. Türk mənbələrində , ingilis, kosmos da belə . Xətaini şişirdən ancaq farsa xidmət edənlərdir.

Elnur Nəciyev 2025-12-13 09:14:24

Sizə "Səfəvi dövlətinin əhalisi" kitabımı tövsiyə edə bilərəm. Orada bu dövlətin əsl sahibi kimdir daha ətraflı cavab tapa bilərsiniz.

Anonim 2025-12-12 23:01:55

İngiliscə Wikipediada Səfəvilər dövlətini fars dövləti kimi göstərilir və ora düzgün məlumatın yerləşdirilmisinə baxılmasını istərdim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol