Menu

GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Vətən müharibəsinə xüsusi təyinatlı komandir olub

13.12.2025, 21:21
GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Vətən müharibəsinə xüsusi təyinatlı komandir olub

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

"AzPolitika" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.

Şərhlər

Alı 2025-12-13 11:52:06

"Vətən müharibəsinə xüsusi təyinatlı komandir olub" - cənab müəlliflər, siz bilən bu səhvləriniz nəyin göstəricisidir...?!?!
"oxucuya diqqətsizliyin və ya səhv yazmaq bu gün dəbdir"?!?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol