“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.
O, Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında iki həyat yoldaşının olduğunu açıqlayıb.
“Bir dəfə yeməyə gedəndə bir qadından xoşum gəldi. Elə orada getdim, salamlaşdım. Dedim, mən bu qadını alacağam. Ara qarışdı, durub getdilər. Sonra onun qalınca getdim. Axtardım, tapdım. Öyrəndim ki, “Semoşka”da (KTM) həkim işləyir. Üç ay dalınca gedəndən sonra razılığa gəldik. Getdim atası ilə razılaşmağa. O da dərman atıb razılıq verdi. Ondan onun 27, mənim isə 50-dən çox yaşım vardı”, - o qeyd edib.
İ.Axundov əlavə edib ki, o qadından bir oğlu var: “Birinci həyat yoldaşımdan boşanmamışam. İkisi də şah kimi yaşayır. Pul çox şeyi həll edir. İkisi də xoşbəxtdir, deyirlər ki, sənin ayağına dəyən bizim ürəyimizə dəyir. Bu qədər mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar”.

Şərhlər
Məmurlar4,5 dənə q...ə saxlayırlar,bu kişi düz eyləyir onlar kimi oğurluq saxlamırki. Kişi adamdı mənim ondan xoşum gəlir düz danışanın dalınca çox hürərlər.əsil kişidi.kəbin kəsdirib halalıdı.
23 -- 25 YAŠ OʻZ7NDEN BALACA QIZI HARADASA TV EKRANINDA VE YA HANSISA RESTORANDA GŎRŮB BIR NEÇE AYLIQ ALIB SONRA BOŠAYAN TEK BU DEYIL...OLIQARXLARIN ÇOXU...ILHAM VAR IDI...REAL MTK...O DA EKRANDA ANS DE 1 QIZ GŎRDŮ...GUYA ALDI 6 AYDAN SONRA BIR AZ PUL VERIB YOLA SALDI.....BUNA NE AD VERMEK OLAR ??!
Görəsə bunu saytda verməkdə məqsəd nədi?Bunun mustafası nə olacaq?
bu adam danışdıqca özünü batırır. niyə belələrinə mətbuatda yer ayırırısnız ? daha ağıllı və maraqlı mövzular yoxdurmu ? Azərbaycanda iki arvadlılıq qadağandır.
Ayibdiyeer Vallahi
Sağ əli başımıza
Bu bedbext görən farkındadırmı ki, danışdıkca batır. Bunun heçmi bir dur deyeni olmaz.